Bakıda tüfeyli həyat tərzi sürən yeniyetmə uşaq evinə yerləşdirilib
18:50 21 Sentyabr 2019
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid Ruslan oğlunun yerininin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az -a verilən məlumata görə, valideyn himayəsindən məhrum olan, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə küçələrdə yaşayan 2005-ci il təvəllüdlü Fərid Vlasovu onun qayğısına qalmalı olan şəxslər tərəfindən bilə-bilə köməksiz vəziyyətdə qoymaları faktına görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Fərid Vlasov Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən “Şəfqət Nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin “Nur” Uşaq Evinə yerləşdirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 541
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb