Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu


17:30     21 Sentyabr 2019 fonsehid2.jpg

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Açar sözlər:

Oxunub: 3159