“Qızılın dünya bazarında qiyməti psixoloji həddi keçib”


14:41     20 May 2015 1328875_1.jpg

“Qızılın dünya bazar qiyməti son 1 ayda 3 faizə yaxın artaraq axırıncı yarım ildə ilk dəfə olaraq 1 unsiyası 1200 dollarlıq psixoloji həddi keçib”.


Femida.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov şəxsi “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, hal-hazırda dünya bazarından qızılın 1 qramının qiyməti 39 dollardan baha təklif edilir:

“Qiymət artımının əsas səbəbi bir sıra inkişaf etməkdə olan ölkələrin öz vayuta ehtiyatlarının bir qismini qızıla keçirməli ilə bağlıdır. Bu qızıl bazarında tələbi artırıb. Son həftələr ABŞ dollarının dünya bazarında zəifləməsi də qızılın qiymətinin sözügedən valyuta ifadəsində yüksəlməsinə təsir göstərib. Eləcə də qlobal valyuta bazarında müşahidə edilən qeyri-müəyyənlik də qiymətli daş-qaşlara tələbi artırır. Bu investorların qızıla yenidən sərmayə vasitəsi kimi baxmasına səbəb olur”.

Açar sözlər:

Oxunub: 583


Oxşar xəbərlər