Paşinyan istədiyi adamları vəzifəyə təyin edə bilmir - Erməni KİV


20:05     21 Sentyabr 2019 19_09_21_1569074788.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Polis rəisi (Ermənistanın daxili işlər naziri- red.) vəzifəsinə istədiyi adamları təyin edə bilmir.

Femida.az Virtualaz.org-a istinadən bildirir ki, Nikol Paşinyan "İşıqlı Ermənistan" parlament fraksiyasının təqdim etdiyi namizədlərin qəbul olunmasını gözləyir.

Məlumata görə, sentyabrın 20-də Ermənistan parlamentində güc strukturlarına rəhbərlərin təyin edilməsi haqqında sənədə dəyişikliklər ikinci oxunuşda qəbul edilib. Dəyişiklik baş nazirə polis rəisi və MTX rəhbərliyinə bu sahənin mütəxəssisi olmayan, Ermənistanın 25 yaşı tamam olmuş, 4 il ölkə ərazisində yaşamış istənilən vətəndaşını təyin etməyə imkan verir.

Bu qanun cari ilin noyabrında qüvvəyə minəcək.


Nikol Paşinyan Polis rəisi vəzifəsinə müvəqqəti olaraq Yerevan meri Hayk Martunyanın dostu Arman Sarkisyanı, Dövlət Təhlükəsizliyi Xidmətinin direktoru vəzifəsinə isə qurumun direktor müavini Eduard Martirosyanı (o həm də Artur Vanetsyanın dostudur) təyin edib. Arman Sarkisyanın bu vəzifədə qalacağı gözələnilən olsa da, Martirosyanın direktor olacağı az ehtimal olunur.

Açar sözlər:

Oxunub: 509