Goranboyun 6 kəndində qəza səbəbindən qaz kəsilib


20:22     21 Sentyabr 2019 2019/09/f33c19b3-4a5e-4b26-b6a2-935431e62b3f_1569074937.jpg

Goranboy rayonunda telekommunikasiya xəttinin çəkilişi zamanı texnika ilə diametri 160 mm olan polietilen qaz xəttini qırıblar.

Bu barədə Femida.az a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, 6 kəndin (Xoylu, Qaradağlı, Şadlı, Nizami, Yolpaq və Şirinbəyli) 2 minə yaxın abonentinin qaz təchizatında fasilə yaranıb.

Açar sözlər:

Oxunub: 630