Bu il ölkəyə 5,6 min ton süd idxal olunub


09:52     22 Sentyabr 2019 19_09_22_1569131636.jpg

Yanvar-avqust aylarında ölkəyə 5 min 667 ton süd idxal edilib.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Hesabat dövründə idxal edilən südün dəyəri 9 milyon 370 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni aylarında 7 milyon 400 min dollarlıq 5 min 260 ton süd idxal edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 421