Həftənin ilk gününə olan hava proqnozu
12:46 22 Sentyabr 2019
Azərbaycanda sentyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.
Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 23-nə hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti təşkil edəcək.
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- Həftənin ilk gününün havası
- Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
- Həftənin cinayət hadisələri - Baş Prokurorluq videoçarx hazırladı
- Həftənin son gününə olan hava proqnozu
- Həftənin son günü hava necə keçəcək? - Proqnoz
- Həftənin ilk iş gününün HAVAsı
- Həftənin son iş gününə manatın məzənnəsi
- Həftənin ilk iş günü üçün hava proqnozu
- Həftənin ilk gününə olan hava proqnozu
- Həftənin ilk günü hava necə olacaq? - Proqnoz