Saatlıda qəza, 300 abonent qazsız qaldı


13:33     22 Sentyabr 2019 qeza_yeni.jpg

Ötən gecə 03:30 radələrində qəzaya uğrayan “Mersedes” markalı avtomobil Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 mm olan daşıyıcı qaz kəmərini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Femida.az -a verilən məlumata görə, kəmər bir yerdən qırılıb.

Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 427