Şoyqu Rusiya üçün əsas təhlükəni açıqlayıb
13:41 22 Sentyabr 2019
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkəsi üçün ən böyük təhlükəni açıqlayıb.
Femida.az-ın "Moskovskiy Komsomolets" nəşrinə istinadən verdiyi məlumata görə, Şoqyunun hesab edir ki, Rusiya üçün ən başlıca təhlükə ABŞ-ın öz güc üstünlüyünə inanması və Vaşinqtonun düşünülməmiş addımlar ata biləcəyidir.
Ordu generalı bu gün Rusiya üçün geniş miqyaslı müharibə təhlükəsinin olmadığına ümid etdiyini söyləyib: "Fikirləşəndə ki, qüvvələr balansı sənin xeyrinə dəyişib, o zaman ağıla ən düşünülməmişi daxil olmaqla, müxtəlif ideyalar gələ bilər və ABŞ-da bu cür hesab etməyə davam edirlər. Məhz bu vəziyyəti hazırda ən böyük təhlükə görürəm, həm də təkcə Rusiya üçün deyil. Müasir dünyada silahlanmanın idarə edilməsi sistemində səhvlərin olması ehtimalı da yüksəlib. Ona görə də ölkələr informasiya təhlükəsizliyinə diqqər ayırırlar".
S. Şoqyu Rusiyanın geniş miqyaslı müharibədə iştirakı məsələsinin gündəmdə olmadığına ümid etdiyini, lakin bununla belə, ölkələrə qarşı təhlükənin azalmadığını bildirib. Rusiyalı nazir ABŞ-ın “Silahlanma üzərində nəzarət haqqında” müqavilədən çıxmasının və “Strateji hücum silahlarının azaldılması haqqında” müqavilənin qeyri-müəyyənliyinin dünyanı daha çox gözlənilməz və daha az təhlükəsiz etdiyi vurğulayıb.
Femida.az
Oxunub: 461
Oxşar xəbərlər
- Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
- Şoyqu Ukraynada
- Şoyqu almaniyalı həmkarına cavab verdi
- Şoyqudan Qazaxıstanı Rusiyaya birləşdirmək xəbərinə reaksiya
- Şoyqu erməni həmkarı ilə Qarabağı müzakirə etdi
- Şoyqu sülhməramlıların Qarabağdakı fəaliyyətindən danışdı
- Şoyqu Bakıdadır
- Şoyqu Zakir Həsənov və Tonoyanla danışıqlar apardı
- Şoyqu Azərbaycandadır
- Şoyqu və Lavrovun Türkiyəyə səfəri təxirə salındı