Həlak olan hərbi qulluqçumuz dəfn edildi
13:50 22 Sentyabr 2019
Azərbaycan Ordusunun həlak olan hərbi qulluqçusu Elyarbəy Məmmədovla vida mərasimi keçirilib.
Femida.az xəbər verir ki, Samux rayonunun Sarıqaya kəndində keçirilən mərasimdə hərbi qulluqçunun yaxınları, xidmət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.
1984-cü il təvəllüdlü E.Məmmədov Qırğızıstanın Oş vilayətində anadan olub.
Femida.az
Oxunub: 422