Ağsuda iki avtomobil toqquşub


14:43     22 Sentyabr 2019 qeza_yeni.jpg

Ağsu rayonunun Növcü kəndində “VAZ" markalı iki minik avtomobili toqquşub.

Femida.az xəbər verir ki, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Femida.az

Açar sözlər:

Oxunub: 425