Rusiyalı turistlər Türkiyədə qəzaya düşdü


15:50     22 Sentyabr 2019 2019/09/A66171BE-5740-4EE8-AFDE-FD4DD2BE3A99_1569155463.jpeg

Türkiyənin Antalya şəhərində rusiyalı turistləri daşıyan avtobus aşıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, Antalyada istirahət edən Rusiya vətəndaşlarını hava limanına daşıyan avtobusun aşması nəticəsində 15 turist xəsarət alıb. Onlardan 7-si xəstəxanaya getməkdən imtina edərək hava limanına yollanıb. Digər yaralılar müayinə olunduqdan sonra hava limanına yola salınacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 435