Almaniya Kömürdən İmtina Edən Ölkələr Alyansına qoşulacaq
16:43 22 Sentyabr 2019
Almaniya Enerji Hasili üçün Kömürdən İmtina Edən Ölkələr Alyansına qoşulacaq.
Femida.az-ın xəbərinə görə, bunu Almaniya Ətraf Mühit və Nüvə Təhlükəsizliyi naziri Svenya Şults “Funke” nəşrinə müsahibəsində bildirib.
Almaniyanın bu barədə rəsmi bəyanat bu gün – sentyabrın 22-də Nyu-Yorkda iqlimin qorunması üzrə sammitdə səsləndiriləcək. Nazir deyib ki, əgər Almaniya kimi böyük sənaye ölkəsi kömür və atomdan imtina edərsə və tədricən tamamilə bərpa olunan enerji mənbələrinə istiqamətlənərsə, bu, dünyanın digər regionları üçün güclü siqnal olar.
Qeyd edək ki, Almaniyada Rur vilayətində son kömür yatağı 2018-ci ilin dekabrında bağlanıb. Enerji Hasili üçün Kömürdən İmtina Edən Ölkələr Alyansı isə 2017-ci ilin noyabrında BMT-nin Bonda keçirilən İqlim dəyişikliyi üzrə konfransında yaradılıb. Hazırda Alyansa 30 ölkə qoşulub
Femida.az
Oxunub: 1464
Oxşar xəbərlər
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Almaniya və Niderland Ukraynaya daha altı haubitsa verəcək
- Almaniyada G7 ölkələrinin sammiti başlayıb
- Almaniyada meymunçiçəyinə 113 yoluxma qeydə alınıb
- Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
- Almaniyanın tanınmış azərbaycanlı araşdırmaçısı vəfat edib
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib
- Almaniya Ukraynaya 2 min qumbaraatan vermək niyyətindədir
- Almaniya kanslerinin Türkiyəyə səfəri başlayıb