Azərbaycan cüdoçuları Qran-prini 2 gümüş medalla başa vurublar


18:56     22 Sentyabr 2019 19_09_22_1569164208.jpg

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Qran-pri turniri başa çatıb.


Femida.az -ın məlumatına görə, beynəlxalq yarışın son günü Azərbaycan millisi daha bir gümüş medal qazanıb.

Kişilər arasında 100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Zelim Kotsoyev Ukrayna, ABŞ və Belarus cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada rusiyalı Kazbek Zankişiyevə uduzan idmançımız gümüş medala layiq görülüb.

Ondan öncə Leyla Əliyeva (48 kq) da Qran-pridə 2-ci yeri tutub.

Qeyd edək ki, 70 ölkədən 421 cüdoçunun qatıldığı yarışa Azərbaycan millisi 15 idmançı ilə yollanmışdı.

Açar sözlər:

Oxunub: 455