İraqın şimalında 7 PKK terrorçusu məhv edilib


21:12     22 Sentyabr 2019 19_09_22_1569171860.jpg

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Haftanin rayonunda PKK düşərgələrinə zərbə endirib.

Femida.az -ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Pəncə” antiterror əməliyyatı çərçivəsində PKK düşərgələrinə endirilən aviazərbə nəticəsində 7 terrorçu məhv edilib.

Qeyd edək ki, “Pəncə-1” əməliyyatı bu il mayın 27-də İraqın şimalında Hakurk rayonunda, sonra “Pəncə-2” əməliyyatı, avqustun 23-də isə İraqın şimalında Sinat-Haftanin rayonunda “Pəncə-3” əməliyyatı başlayıb. Əməliyyatda məqsəd Türkiyənin cənub-şərqində təhlükəsizliyi təmin etməkdir.

Açar sözlər:

Oxunub: 370