Zaqatalada gənc oğlan ağacdan yıxıldı, vəziyyəti ağırdır


21:50     22 Sentyabr 2019 19_09_22_1569172046.jpg

Zaqatalada ağacdan yıxılan gənc ağır xəsarət alıb.

"Qafqazinfo" xəbər verir ki , rayonun Faldar kənd sakini 1990-cı il təvəllüdlü Əliyev Samir Mustafa oğlu ağacdan yıxılıb. O, Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxanada ona sağ biləyinin, fəqərənin və sağ daban sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti orta ağır qiymətləndirilir.

S.Əliyevin müalicəsi xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir.

Açar sözlər:

Oxunub: 464