FHN köməksiz qalan 7 nəfəri xilas etdi


09:20     23 Sentyabr 2019 2019/03/komeksiz-halsiz-fhn-yardim-bagli-qapi-cinayet-yangin_1552295307.jpeg

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.
Femida.az FHN-in saytına istinadən xəbər verir ki, sərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara köməklik göstərib.


Femida.az

Açar sözlər:

Oxunub: 286