Cəbhədə son vəziyyət - MN-dən AÇIQLAMA
09:32 23 Sentyabr 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyindən (MN) Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 562
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
- "Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub
- Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutub
- Cəbhəyanı ərazilərdə minalar, bombacıqlar aşkarlandı