Ağcabədinin baş planı hazırlanır


22:17     14 Noyabr 2015 10054.jpg

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Ağcabədi şəhərinin baş plan layihəsi hazırlanır.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq, baş planın ilkin layihəsi ilə tanışlıq noyabr ayından başlayaraq 60 gün müddətində Ağcabədi şəhərində keçirilir.

İlkin layihə ilə tanış olmaq, layihəyə dair etiraz və təkliflərin bildirilməsi üçün Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 124 (Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binası) ünvanına müraciət edilə bilər.

Açar sözlər:

Oxunub: 833