65 yaşlı qadını maşın vuraraq öldürüb


10:41     23 Sentyabr 2019 piyada_olumu_233.jpg

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər sakini, 1965-ci il təvəllüdlü Füzuli Məmmədovun idarə etdiyi "Mercedes" markalı atvomobil yolu keçmək istəyən, 1954-cü il təvəllüdlü Solmaz Dadaşovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törəmək, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 397