Polis polkovniki qəza törətdi - 3 yaralı


19:42     14 Noyabr 2015 DYP_crash_241012.jpg


Bakıda polis idarəsinin rəis müavini qəzaya düşüb.

Femida.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib. Məlumata görə, Səbail Rayon Polis İdarəsinin şəxsi heyət üzrə rəis müavini, polis polkovik leytenantı Anar Hüseynov yol hərəkəti qaydalarını pozaraq qəza törədib.

Qəza hadisəsi A.Salamzadə və A.Mustafayev küçələrinin kəsişməsində baş verib.

Polis polkovik leytenantı idarə etdiyi “Hyundai Sonata” markalı 10 AP 510 dövlət nömrə nişanlı abtomobili yüksək sürətlə idarə etdiyi üçün idarəetməni itirib və qarşıdan gələn maşına çırpılıb.

Əks yolla hərəkət edən Namiq Nəsirovun idarə etdiyi “Mercedes” markalı avtomobildə olan sərnişin Nərmin Musayev də xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. N.Musayevaya tibbi yardım göstərildikdən sonra evə buraxılıb. N.Nəsirov və rəsi müavinin müalicəsi davam etdirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 872