Xarici Kəşfiyyat Xidmətinin rəisi Rusiyaya getdi


12:26     23 Sentyabr 2019 2019/09/bf6253b3-bc8c-4f68-b6e5-465b1cfa8eef_1569227228.jpg

Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi Orxan Sultanov Rusiyanın Kazan şəhərində keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətləri orqanları rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı illik müşavirəsində iştirak edir.


Görüşdə MDB kəşfiyyat rəhbərləri daxili və xarici təhdidlərin qarşısını almaq üçün məlumat mübadiləsi mexanizmlərini, həmçinin terrorizm və ekstremizmə qarşı gələcək addımları müzakirə edəcəklər.

Müşavirənin yekununda nümayəndə heyətlərinin rəhbərləri daxili və xarici təhdidlərin effektiv şəkildə qarşısının alınması məqsədilə iştirakçıların kəşfiyyat məlumatları mübadiləsini və əməkdaşlığın forma və istiqamətlərini yaxşılaşdırmaq istəklərinin qeyd olunacağı memorandum imzalamaq niyyətindədirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 2114