MTRŞ rəhbərləri topladı - Milli maraqlar baxımından narahatlıqlar var
12:40 23 Sentyabr 2019
Milli Televiziya və Radio Şurasında (MTRŞ )Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş keçirilib.
Femida.az-ın məlumatına görə, görüşdə Azərbaycanın kabel şəbəkə yayımındakı mövcud durum və bu sahədə olan problemlər, onlardan çıxış yolları qarşılıqlı diskussiya şəraitində müzakirə olunub.
MTRŞ sədri Nuşirəvan Məhərrəmov kabel şəbəkələrində bəzi xarici kanalların retranslyasiyası zamanı milli maraqlar baxımından yaranan narahatlıqlar, şəbəkə operatorlarının xidmətində olan bəzi çatışmamazlıqlar, retranslyasiya olunan kanalların sayının çox olması, onların yayımının müəlliflik hüquqları, operatorların təqdim etdikləri əlavə audiovizual xidmətlərin qeydiyyatı sahəsində olan problemlər barədə məlumat verib.
Kabel televiziyalarının nümayəndələri bu kimi problemlərin aradan qaldırılmasında səylərin birləşdirilməsi, operatorlar arasında qarşılıqlı faydalı əlaqələr baxımından kabel yayımçılarının ümumi maraqlarını qoruyan ictimai bir qurumun yaradılmasını təklif ediblər. Yaxın gələcəkdə bütün kabel və IP şəbəkə operatorlarının nümayəndələrinin iştirakı ilə belə bir qurumun yaradılması məsələsinin daha dərindən müzakirə edilməsi tövsiyyə olunub.
Femida.az
Oxunub: 481
Oxşar xəbərlər
- MTRŞ peyk televiziya yayımını qəbul edən istifadəçilərə müraciət edib
- Medianın İnkişafı Agentliyi və MTRŞ səslənən iddialara aydınlıq gətirib
- Zaurun verilişi dayandırıldı - ATV cərimələndi
- MTRŞ "Lider" TV ilə bağlı bəyanat yayıb
- ARB və "Xəzər" TV-ni cəzalandırıldı
- MTRŞ və Mətbuat Şurasına yeni səlahiyyət verilib
- MTRŞ “Xəzər” və ARB-in yayımını bir saatlıq dayandırdı
- Hansı kanallar 1 aylıq bağlana bilər? - MTRŞ-dan bəyanat
- MTRŞ-nin Aparat rəhbəri işdən çıxdı
- MTRŞ sədri Manaf Ağayevin qadınlar haqda dediklərinə münasibət bildirib