Milli Məclisin ilk iclasının gündəliyi müəyyənləşib


13:51     23 Sentyabr 2019 milli-meclis.jpg

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi müəyyənləşib.


Femida.az-ın məlumatına görə, parlamentin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyinə 20 məsələ daxildir.

İclasda “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlara dəyişiklik 2-ci oxunuşda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 388