Əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır


14:32     23 Sentyabr 2019 sd7j84it0h80ofg1eim3rg9nc4emek-ve-sosial-mudafie-nazirliyi9.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, informasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək.

Məlumatda bildirilir ki, 2015-ci ilin dekabr ayından etibarən ölkədə əlilliyin qiymətləndirilməsi prosesi elektronlaşdırılıb. Həmin dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud olmadığından, yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılmış vətəndaşların da məlumatları toplanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 496


Oxşar xəbərlər