AQTA Xaçmazda reyd keçirib


15:33     23 Sentyabr 2019 19_09_23_1569237476.jpg

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq məqsədilə Xaçmaz rayonu ərazisində reyd keçirib.

Femida.az -ın verdiyi məlumata görə, Xaçmaz rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli şöbəsinin əməkdaşlarının da qatıldığı reyddə Xaçmaz-Xudat yolunun kənarında qanunsuz fəaliyyət göstərən 10-na qədər heyvan kəsimi məntəqələrinin dirək və qarmaqları kəsilib.

Reyd zamanı AQTA-nın yerli bölməsinin əməkdaşları qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və standartlara uyğun müasir heyvan kəsimi və ət satışının məntəqələrinin yaratmaq üçün metodiki köməkliyin göstərilməsi üçün agentliyə müraciət etməyə çağırıb.

Açar sözlər:

Oxunub: 533