Bakı polisi intim münasibətdən sonra turisti qarət edən qızları axtarır
15:50 23 Sentyabr 2019
Pakistan vətəndaşını qarət edən seks sənayesinin nümayəndələri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışdadır.
Bu barədə Femida.az -a hüquq-mühafizə orqanlarından daxil olan məlumatda deyilir.
Sentyabrın 21-dən 22-nə keçən gecəni Əhməd Rəcəbli küçəsindəki “Atlas” hotelində keçirən Pakistan vətəndaşı üçün gecə alovlu olub. Sentyabrın 16-da Bakıya gələn 1988-ci il təvəllüdlü İlyas Ömər iki qadını əylənmək məqsədilə otağına dəvət edib.
Səhər turist özündən razı halda tualetə gedib və otağa qayıdanda qadınları tapa bilməyib. Pakistanlı dərhal pulunu axtarsa da, şübhəsi təsdiqini tapıb. “Eşq keşişləri” onun 1300 dollar və 650 dirhəm (təxminən 300 manat) pulunu oğurlayıblar.
Pakistanlı polisə şikayət edib. Məlum olub ki, onun turist vizasının müddəti sentyabrın 24-də başa çatır və o, vətəninə qayıtmalıdır. İstintaqçılar artıq fahişəliklə məşğul olan qadınları müəyyənləşdiriblər - onlar 37 yaşlı Ağsu rayon və 33 yaşlı Ağdam rayon sakinləridir. Hələ saxlanılmadıqları üçün qadınların adı hələ açıqlanmayıb.
Qeyd edək ki, Bakıda bu kimi hallar Fars körfəzi ölkələrindən gələn turistlərin başına tez-tez gəlir.
Oxunub: 2540
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"