78 yaşlı kişi intihar etdi - Neftçalada


21:43     14 Noyabr 2015 224698.jpg

Neftçala rayonunda 78 yaşlı kişi özünü asaraq intihar edib.


Femida.az-ın məlumatına görə, Neftçala rayonunu Qədimkənd sakini, 1937-ci il təvəllüdlü Ağayev Əlihüseyn Əziz oğlu özünü həyətdəki üzüm çardağından asıb. Onun asılmış meyitini qohumlar səhər saatlarında aşkar ediblər. İntiharın hansı səbəblərdən baş verdiyi araşdırılır.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1028