Sərdar Cəlaloğlu da övladlarını döyübmüş - Sensasion etiraf


16:14     23 Sentyabr 2019 serdar.jpg

"65 yaşım var. 40 ilə yaxındır ki, evliyəm. Hələ indiyə qədər yoldaşıma əl qaldırmamışam. Yalnız bir dəfə övladlarımı döymüşəm"

Femida.az xəbər verir ki, bunu Azvision.az -a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O. qeyd edib ki, bu hadisə övladları uşaq olarkən baş verib:
"Hansı ki, bu döyülmə övladlarımın xeyrinə olub. Çünki uşaqlar evimizin yaxınlığında olan internet klubdan çıxmırdılar. Bildirmişdim ki, ora gedib vaxt keçirməsinlər. Xəbərdarlıq etdim, dedim ki, bir daha internet kluba getməyin. Gördüm ki, ağzımdan söz çıxandan az sonra üçü də həmin internet klubda oturublar. Onda hirsləndim, uşaqları döydüm".

S.Cəlaloğlunun sözlərinə görə, məlum hadisədən sonra övladları səhv etdilərini başa düşüblər.

"O zamandan indiyədək nəinki onları döymək, heç hirslənmərəm də. Ailəmizdə atam və anam 50 ilə yaxın ər-arvad olublar. Bircə dəfə atamın anama əl qaldırdığını görməmişəm. Qardaşlarım arasında həyat yoldaşlarını döyən olmayıb. Ümumən qohum-əqrəbada belə zorakılıq hallarını müşahidə etməmişəm. Ailə həyatında nəinki zorakılığa, qeyri-insani münasibətlərə yol vermək olmaz", - deyə partiya sədri vurğulayıb.

Qeyd edək ki, AXCP sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlının övladları və həyat yoldaşını fikizi zorakılığa məruz qoyması ciddi müzakirələrə səbəb olub. Bu əməlinə görə F.Qəhrəmanlı ictimai qınağa tuş gəlib.

Femida.az

Açar sözlər:

Oxunub: 515


Oxşar xəbərlər