Ərzaq mağazasında partlayış - 9 yaralı


17:15     23 Sentyabr 2019 partlayis%20yangin92.jpg

Avstriyanın Tirol federal torpağında ərzaq mağazasında partlayış baş verib.

Femida.az-ın məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Partlayışdan sonra mağazada yanğın başlayıb. Bir nəfərin yanan binada qaldığı deyilir. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Qeyd olunur ki, partlayış qaz sızması nəticəsində baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 606