Göyçay sakinindən ov tüfəngi götürülüb


18:29     23 Sentyabr 2019 ov-tufengi.jpg

Göyçay sakinindən ov tüfəngi götürülüb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəydöül kənd sakini K.Mikayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 374