Məmmədyarov argentinalı nazirlə görüşüb


18:53     23 Sentyabr 2019 2019/09/255d88ce39b99cb-(1)_1569246907.jpeg

Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb.



Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Görüş zamanı Azərbaycan ilə Argentina arasında olan əlaqələrin cari vəziyyətindən razılıq ifadə olundu və Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb. E. Məmmədyarov Qoşulmama Hərəkatının bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Zirvə görüşündə Argentina nümayəndə heyətinin iştirakının məmnuniyyət doğuracağını həmkarının diqqətinə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 368