Vergilər Nazirliyində bu struktur dəyişdirildi
09:14 24 Sentyabr 2019
Azərbaycan Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib.
Femida.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edib.
Baş Nazir Novruz Məmmədovun təsdiqlədiyi dəyişikliyə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturuna daxil edilib:
1. “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.
2. Vergi inzibatçılığının tədrisi şöbəsi.
3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.
4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.
5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.
6. Tədris və metodika şöbəsi.
7. Layihələrlə iş və inkişaf bölməsi.
8. Keyfiyyət təminatı bölməsi.
İndiyədək isə struktur belə idi:
1.İqtisadiyyat və menecment kafedrası
2.Vergi metodologiyası kafedrası
3.Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedrası
4.Elmi tədqiqat bölməsi
5.Tədris və metodika şöbəsi
6.Maliyyə və təsərrüfat şöbəsi
7.Mühasibat
Femida.az
Oxunub: 487
Oxşar xəbərlər
- Vergiləri ödəməkdən yayınan şirkət sahibi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
- Vergilər Nazirliyi sahibkarlara ixtisarlarla bağlı xəbərdarlıq edib
- Vergilərin ödənilməsi müddəti uzadıldı
- Ağdam rayon Vergilər şöbəsinin sabiq direktorunun məhkəməsi başlayıb
- Elektron qaimə-faktura hansı müddətdə verilməlidir?
- Vergilər Nazirliyi bu xidmətlərə 7 milyon manat xərcləyəcək
- Naxçıvanda Vergilər Nazirliyi Dövlət Vergi Xidmətinə çevrilib
- Evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq
- Bu vəkillərə ödənilən xidmət haqqı vergilərdən azad edilsin - TƏKLİF
- Artıq ödədiyiniz vergiləri bu yolla geri alın - HÜQUQİ YARDIM