Tramp Ərdoğanı dost adlandırdı
09:22 24 Sentyabr 2019
ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə lideri Rəcəb Tayip Ərdoğan bu ölkədə həbs edilmiş amerikalı keşiş Endryu Kreyq Bransonun azadlığa buraxılması ilə bağlı danışıqlardan sonra onun dostu olub.
"Keçən il çox güclü insanla, mənim dostum olmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çox qısa və ehtiramlı danışıqlardan sonra biz keşiş Bransonu evə qaytardıq", - deyə ABŞ lideri BMT-nin Nyu-Yorkdakı qərargahında "Dini azadlığın müdafiəsinə Qlobal çağırış" tədbirində bildirib.
"Mən prezidentə (Ərdoğana-red) zəng vurdum və dedim: o, (keşiş Branson – red) günahsızdır", - deyə Donald Tramp bildirib.
ABŞ lideri "Mən prezident Ərdoğana təşəkkür etmək istəyirəm", - deyə əlavə edib.
Xatırladaq ki, ABŞ lideri 2017-ci ilin 22 sentyabrında da Türkiyənin dövlət başçısını dost adlandırıb.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, ABŞ dini azadlıqların, dini sitayiş və abidələrin müdafiəsinin maliyyələşdirilməsinə 25 milyon dollar ayırmaq niyyətindədir.
Endryu Kreyq Branson 2016-cı ilin 9 dekabrında terrorçu Fətullah Gülənə (FETÖ) və PKK-ya casusluq və əlbir olmaq ittihamı üzrə saxlanılıb. O, sonra ev dustaqlığı şərti ilə azad edilib. 2018-ci ilin oktyabrında Bransonun ev dustaqlığı və Türkiyəni tərk etmək qadağası ləğv edilib. / Report
Femida.az
Oxunub: 408
Oxşar xəbərlər
- Tramp: “ABŞ-ın Əfqanıstanda qoyduğu helikopterləri Rusiya və Çin götürüb"
- Tramp Baydeni Əfqanıstanda iflasa görə üzr istəməyə çağırıb
- Vəkillər Trampın impiçmentlə iş üzrə komandasını tərk ediblər
- Tramp yeni partiya qurmağa hazırlaşır?
- Trampın sonuncu fərmanı: Keçmiş məmurlar əfv olundu
- Tramp vida çıxışı etdi
- “YouTube” Trampın hesabını dondurdu
- Donald Trampa qarşı cinayət işi açıla bilər
- Tramp Baydeni "feyk prezident" adlandırdı
- Trampın müşaviri istefaya getdi