Şamaxıda qəza - 1 nəfər ölüb


10:24     24 Sentyabr 2019 qeza_yeni.jpg

Şamaxıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Səhiyyə Nazirliyindən Femida.az-a verilən məlumata görə, qəza nəticəsində iki kişi (39, 31 yaş ) ağır xəsarət alaraq kritik vəziyyətdə Şamaxı MRX ya çatdırılıb.

Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klimikalardan birinə köçürmək qərarına gəliblər.

Hazırda müalicəsi özəl klinikada davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 432