Birlikdə yeyib-içdilər - Sərxoş qadın kişini bıçaqladı


10:44     24 Sentyabr 2019 qadin%20ogur.jpg

Cəlilabadda bıçaqlanma hadisəsi olub.


Femida.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qüdrət İsmayılov küçəsi, mənzil 15-də qeydə alınıb. Belə ki, rayon sakini, 1956-cı il təvəllüdlü Heydər Əsgərov bıçaqlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Heydər Əsgərov qonşusu Namiq Abışovun evində onunla və tanışı, 1960-ci il təvəllüdlü Süsən Əliqi ilə birlikdə spirtli içki qəbul edib. Daha sonda N.Abışov yenidən spirtli içki almaq üçün mağazaya gedib. Bu zaman H.Əsgərov və S.Əliqi arasında mübahisə düşüb. Spirtli içkinin təsirində olan S.Əliqi H.Əsgərovu bıçaqlayıb.

S.Əliqi hüquq-mühafizə orqanları tərəfindın saxlanılıb.

Onun barəsində Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #Qadın   #Sərxoş  

Oxunub: 430