Ermənistanda keçmiş daxili işlər nazirinin meyiti tapıldı


11:46     24 Sentyabr 2019 19_09_24_1569311249.jpg


Ermənistanın keçmiş polis rəhbəri, general-polkovnik Ayk Arutyunyan Yerevan ətrafındakı evində ölü tapılıb.


Bu haqda məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

“Arutyunyanın meyiti baş nayihəsində güllə yarası olmaqla Bjni kəndindəki malikanəsində tapılıb”,-İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan bildirib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb. Cinayət işinin intihara məcbur etmə maddəsi ilə qaldırıldığı açıqlanıb.

Arutyunyan deyib ki, polisə Bjni kəndindəki evdə kişi meyitinin olması barədə telefon zəngi sentyabrın 23-də axşam saat 23.59-da daxil olub. Hadisə yerinə gedən əməliyyat qrupu keçmiş daxili işlər nazirinin meyitini aşkar edib. Habelə evdə qan izləri və patronları ilə birlikdə tapança da aşkarlanıb.

64 yaşlı Ayk Arutyunyan 1999-2003-cü illərdə Ermənistan Daxili İşlər Nazirliyinə başçılıq edib, daha sonra struktur dəyişikliyi nəticəsində daxili işlər naziri vəzifəsi Polis rəhbəri adlandırılıb və Arutyunyan 2003-cü ildən 2008-ci ilə qədər polis rəhbəri olub. 2010-2014-cü illərdə isə Ermənistan Ədliyyə Nazirliyinin Cəzaçəkmə müəssisəsinin rəisi işləyib.

Onun adı 2008-ci il 1 mart hadisələrinə dair istintaqda keçirdi. / virtualaz.org

Femida.az

Açar sözlər: #Ermənistan  

Oxunub: 370