Astarada oğurluq edən şəxs saxlanılıb


12:02     24 Sentyabr 2019 2018/03/hebs-cinayet_1520705954.jpg

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.


Daxili İşləır Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək Bakı şəhərində olduğu zaman Astara rayonunun Maşxan kəndində yerləşən evindən 1 ədəd notbuk, 3 ədəd müxtəlif markalı telefonların oğurlandığını bildirib. Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayonunun Viyən kənd sakini, əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuş Ramid Əzizov olduğu müəyyən edilib.

Oğurladığı əşyalar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 297