Heydər Əliyev Fonduna “Strateji əməkdaş” statusu verildi
13:03 24 Sentyabr 2019
“Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası” və “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu” tərəfindən Çin Xalq Respublikasının Şencen şəhərində BMT tərəfindən rəsmi tanınan 4-cü Beynəlxalq Xeyriyyəçilik Forumu keçirilib.
Femida.az xəbər verir ki, tədbirdə Avropa, Amerika və Asiya regionunda fəaliyyət göstərən xeyriyyəçi təşkilatların rəhbərləri və nümayəndələri iştirak edib.
Açılış mərasimində çıxış edən Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolin tədbirdə ilk dəfə iştirak edən təşkilatlara minnətdarlığını bildirib.
Forumda Heydər Əliyev Fondunun əsas missiyası, ölkədə və xaricdə həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Eyni zamanda, tədbirdə ilk dəfə iştirak edən Heydər Əliyev Fonduna Beynəlxalq Xeyriyyəçilik Forumu tərəfindən “Strateji əməkdaş” statusu təqdim olunub.
Heydər Əliyev Fondu ilə “Sülh və İnkişaf üçün Çin Dostluq Fondu”nun prezidenti, “Çin Xalq Xarici Ölkələrlə Dostluq Assosiasiyası”nın Baş katibi Li Xikui ilə görüşdə təşkilatlar arasında əməkdaşlıq perspektivləri və 5-ci Xeyriyyəçilik Forumunun 2020-ci ilin sentyabr ayında Bakıda keçirilməsi məsələsi müzakirə olunub.
Femida.az
Oxunub: 448
Oxşar xəbərlər
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarılıb
- Heydər Əliyev prospektində maşın aşıb
- Heydər Əliyev prospektində yol qəzası baş verib
- Heydər Əliyev Fondu Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb
- Heydər Əliyev əmanəti Azərbaycan etibarlı əllərdədir
- Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
- Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI
- Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görülüb
- Heydər Əliyev prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq