Şəhid əsgərimiz dəfn olundu - FOTOLAR


13:31     24 Sentyabr 2019 19_09_24_1569317582.jpg


Sentyabrın 22-də cəbhə bölgəsində şəhid olan əsgər Ramin Abdulrəhmanov bu gün dəfn olunub.


Femida.az Trend-ə istinadən xəbər verir ki, Quba rayonunda izdihamla keçən mərasimə 100-lərlə sakin toplaşıb. Mərhumun cənazəsi oxuduğu məktəbdən son mənzilə yola salınıb.



Şəhid əsgərimizin nəşi Quba qəbristanlığında dəfn edilib.

Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.



Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 1865