“ASAN xidmət” mərkəzlərinə edilən müraciətlərin sayı açıqlanıb


14:03     24 Sentyabr 2019 2018/12/ulvi-m_1543992457.jpg

“Bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 33 milyona yaxın müraciət daxil olub”.


Femida.az-ın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, vətəndaşlar onlara təqdim edilən 320-dən artıq xidmətdən istifadə ediblər.

Ü. Mehdiyev qeyd edib ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlara təqdim edilənlər xidmətlərdən məmnunluq səviyyəsi 98-99 faiz aralığındadır.

Femida.az

Açar sözlər:

Oxunub: 370