Əmisi arvadını qaçıranı öldürməkdə ittiham edilən şəxslərin məhkəməsi başlayıb


14:55     24 Sentyabr 2019 2019/09/1568713214_1569322517.jpg

Qubada əmisi arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.


Femida.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə hazırlıq iclası baş tutmayıb.

Vəkillərdən biri məhkəmə iclasında iştirak etmədiyi üçün proses təxirə salınıb.

Məhkəmə iclası oktyabrın 1-nə təyin edilib.

Qeyd edə ki, hadisə Quba rayonunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 560