DGK sədri və müavinləri vətəndaşlarla görüşəcək
14:57 24 Sentyabr 2019
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev sentyabrın 27-də saat 10:00-da Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küç. 213) Biləsuvar və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək.
Komitədən Femida.az-a verilən məlumata görə, həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Neftçala rayon Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev pr. 242), Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev pr. 34) Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbullar zamanı yalnız Biləsuvar, İmişli, Neftçala və Cəlilabad rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-02-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Femida.az
Oxunub: 529
Oxşar xəbərlər
- DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- DGK sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
- DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb
- DGK Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin əhəmiyyətini açıqlayıb
- DGK narkotik əməliyyatının görüntülərini yaydı - VİDEO
- DGK və ÜGT gömrük fəaliyyətinin pandemiyaya uyğunlaşdırılmasını müzakirə edib
- DGK gücləndirilmiş iş rejiminə keçir
- DGK-nın yeni binasının tikintisinə 30 mln manat xərclənib
- DGK-nın 60 əməkdaşı Vətən müharibəsində iştirak edib