Böyük Britaniya Parlamenti sabah fəaliyyətini bərpa edəcək


16:25     24 Sentyabr 2019 19_09_24_1569327960.jpg

Böyük Britaniya Parlamenti sentyabrın 25-də işini bərpa edəcək.

Femida.az -ın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya parlamentinin spikeri Con Berkou jurnalistlərə bildirib.

"Palataya göstəriş verdim ki, parlamentarilər sabahdan (25 sentyabr) öz işlərini bərpa etsinlər. Parlament üzvlərinin iclası yerli vaxtla sabah 11:30-da başlayacaq ”, deyə Berkou bildirib.
Berkounun sözlərinə görə, millət vəkilləri nazirliklərin işlərini, eləcə də həll edilməli olan bir neçə sənədləri nəzərdən keçirəcəklər. O qeyd edib ki, Baş nazir Boris Conson Nyu-Yorkda səfərdə olduğuna görə iclas keçrilməyəcək.
Parlamentin işinin dayandırılmasını ölkə üçün kritik bir zamanda deputatların hökumətin hərəkətlərinə nəzarət etməsinə mane olmaq cəhdi adlandıran spiker Con Berkou məhkəmənin hökmünü alqışlayıb.
Qeyd edək ki, bu gün İngiltərə Ali Məhkəməsi Baş nazir Boris Consonun parlamentin fəaliyyətinin oktyabrın 14-dək təxirə salınması qərarını qanunsuz elan edib. Məhkəmə hökmünə görə, parlamentin işi dayandırılmış sayılmır, deputatlar özləri üçün əlverişli olan vaxtda işlərini bərpa edə bilərlər.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya kraliçası II Yelizaveta Baş nazir Boris Consonun parlamentin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı planını təsdiqləmişdi.

Açar sözlər:

Oxunub: 530