Maşınını çaya aşıran sürücü öldü


16:58     24 Sentyabr 2019 big_1405422456_qeza.jpg

Daxili İşlər Nazirliyi Ağsu rayonunun Kalva kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb.

Femida.az xəbər verir ki, qəza sentyabrın 23-də saat 22 radələrində qeydə alınıb.

Bakı şəhər sakini Qüdrət Şahpələngov idarə etdiyi “Opel” markalı avtomobili Ağsu çayına aşırıb. Nəticədə sürücü və sərnişini xəstəxanaya yerləşdirilib, Q.Şahpələngov orada ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 437