Azərbaycanlı güllə atıcısı Avropa çempionu olub
19:48 24 Sentyabr 2019
Azərbaycan millisinin güllə atıcısı Ruslan Lunyov İtaliyanın Boloniya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Femida.az-ın məlumatına görə, İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi bu uğura 25 m məsafədən atəşaçma növündə imza atıb.
O, gərgin keçən mübarizədə Pavel Krostlyovu (Ukrayna) əlavə göstəricilərdə üstələyib. Hər iki idmançı 587 xal tolasa da, “onluğ”a düşmə sayında həmyerlimiz üstün olub. R. Lunyov 25, ukraynalı 22 dəfə hədəfin mərkəzinə nişan alıb. Üçüncü yeri isə Kristian Reyts (Almaniya) qazanıb – 583 xal.
Qeyd edək ki, Avropa çempionatındakı uğurlu çıxış R. Lunyova Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb. Bu, Azərbaycan millisinin Olimpiadaya 7-ci vəsiqəsi olub.
Femida.az
Oxunub: 400
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib