Adil İsmayılovun vəkillik fəaliyyətinə qoyulan qadağa ləğv edilib


20:03     24 Sentyabr 2019 19_09_24_1569340816.jpg

Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar ləğv edilib.

Femida.az xəbər verir ki, bu barədə Adil İsmayılov "Facebook" səhifəsində məlumat verib.

"Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi", - deyə vəkil bildirib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyətinin intizam icraatı çərçivəsində bir il müddətinə dayandırılması barədə qərar qəbul edilmişdi.

Adil İsmayılovun cəzalandırılmasına bir neçə həmkarının şikayəti səbəb olmuşdu. Şikayətdə Adil İsmayılovun sosial şəbəkədə Vəkillər Kollegiyası üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsi qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1628