Cəlilabadda yanğın olub, xəsarət alan var


10:07     25 Sentyabr 2019 19_09_25_1569391697.jpg

“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsindən verilən məlumatı diqqətinizə çatdırırıq.


Sentyabrın 25-də Cəlilabad rayonunun Üçtəpə kəndində yanğın hadisəsi olub.

Bu barədə Femida.az-a “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsindən bildirilib.


Verilən məlumata görə, bu gün səhər saat 06:00 radələrində vətəndaş Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib. Evin mətbəx hissəsi yanıb.

Ev sahibi isə yanıq xəsarətləri alıb.

Açar sözlər:

Oxunub: 437