Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Yol Polisi sürücülərə xəbərdarlıq etdi


10:25     25 Sentyabr 2019 yol_polisi_1266.jpg

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub.


İdarədən Femida.az-a verilən məlumata görə, velosiped və moped sürücüləri əməl etməli olduqları tələbləri bir daha xatırlamaları və yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Abşeron rayonu, Masazır, Xırdalan və Binəqədi qəsəbələrində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər yol hərəkəti iştirakçılara təqdim olunub.

Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, velosiped və moped sürücülərinə bir daha yol hərəkəti qaydalarına riayət etmələrini, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı tövsiyə ediblər. İdarə etməyə mane olan yük daşınmamalı, təhlükəsizlik dəbilqəsindən istifadə olunmalı və hərəkətdə olarkən telefondan istifadə edilməməlidir.

Bu cür profilaktik maarifləndirilmə tədbirləri bütün ölkə ərazisində davam etdirilir.

Açar sözlər:

Oxunub: 278