Yevlaxda evdən 15 kq marixuana və silah tapılıb

Yevlaxda evdən 15 kq marixuana və silah tapılıb


12:25     25 Sentyabr 2019 baki-sakininden-kulli-miqdarda-marixuana-goturuldu-620x400.jpg

Yevlaxda evdən narkotik maddə və silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Köyük kənd sakini İ.İbrahimovun evindən 14,9 kiloqrama yaxın marixuana və 1 ədəd nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi, habelə evinin yaxınlığındakı meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 179